Təmizləmə - Philips AVENT SCF291 User Manual

Hide thumbs Also See for AVENT SCF291:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
6
Qapağı çıxarın.
Qapağı çıxarmazdan öncə cihazın tam soyumasını gözləyin.
Ehtiyatlı olun. Sterilizatordan isti buxar çıxa bilər.
7
Butulka və digər əşyaları səbətdən çıxarın. Daha kiçik əşyaları çıxarmaq üçün
tutqacdan istifadə edin.
Ehtiyatlı olun. Sterilizə olunmuş əşyalar hələ də isti ola bilər.
Qeyd: Sterilizə olunmuş əşyalara toxunmazdan əvvəl əllərinizi təmiz-təmiz
yuduğunuzdan əmin olun.
8
Cihazı elektrik şəbəkəsindən ayırın və cihaz tam soyuyana qədər gözləyin.
9
Kiçik səbəti də, böyük səbəti də çıxarın.
Qeyd: Böyük səbəti çıxaranda altlığın damcı lövhəsində qalan suya diqqət yetirin.
Qeyd: Damcı lövhəsi süd və ya qida qalıqlarını tutmaq və onların altlığın su qabına
daxil olmasının qarşısını almaq üçün hazırlanıb. Bu, sterilizasiya göstəricisini
optimallaşdırmaq və qızdırıcı hissənin təmizlənməsini asanlaşdırmaq üçündür.
10
Böyük səbətdən alt lövhəni çıxarın. Böyük səbətin damcı lövhəsində qalan suyu
boşaldın və onu təmizləyin ("Təmizləmə" bölməsinə baxın).
11
Su qabında qalan suyu boşaldın və onu qurulayın.
Qeyd: Cihaz sterilizasiya dövrəsindən sonra 10 dəqiqə işləmir. O, əvvəlcə soyumalıdır.
Təmizləmə
Bu cihazı təmizləmək üçün aşındırıcı və sərt təmizləyici vasitələrdən (məsələn, ağardıcı
vasitə) və ya sürtgəcdən istifadə etməyin.
Heç vaxt altlığı və enerji naqilini suya və ya hər hansı digər mayeyə məruz qoymayın.
Qeyd: Sterilizator qabyuyan vasitəyə qarşı davamlı deyil. Səbətlər, alt lövhə və qapaq
isti su və maye qabyuyan vasitə ilə təmizlənə bilər.
1
Təmizləməzdən əvvəl cihazı həmişə cərəyandan ayırın və soyumasını gözləyin.
2
Altlığı nəm parça ilə təmizləyin.
3
Böyük səbətdən alt lövhəni çıxarın.
Böyük səbətin damcı lövhəsində qalan suyu boşaldın.
Qeyd: Hər bir sterilizasiya dövrəsindən sonra böyük səbətin damcı lövhəsində su
toplanır. Hər istifadədən sonra böyük səbətdə qalan suyu boşaldın.
- Azərbaycan 26 -

Advertisement

Table of Contents
loading

Table of Contents