Download Print this page

Philips AVENT SCF870 Manual page 30

Hide thumbs Also See for AVENT SCF870:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
- Bu cihaz yalnız məişətdə istifadə üçün nəzərdə tutulub.
Cihazdan yanlış, yaxud peşəkar və ya yarı-peşəkar məqsədlərlə
istifadə edildikdə, ya da istifadəsi zamanı bu təlimat
kitabçasındakı göstərişlərə əməl edilmədikdə zəmanət etibarsız
sayılır və Philips yaranan hər hansı zərərə dair öhdəlikdən
imtina edir�
- Stəkana isti maye tökərkən ehtiyatlı olun, çünki isti maye və
buxar kənara sıçraya və yanmağınıza səbəb ola bilər.
- Başqa inqrediyentləri buxarda bişirməzdən əvvəl cihazın
10 dəqiqə soyumasına imkan verin.
- Cihaz buz kubları və şəkər kubları kimi sərt maddələri
xırdalamaq üçün nəzərdə tutulmayıb.
- Cihazın bir dəfədə 30 saniyədən çox qarışdırmasına icazə
verməyin. 30 saniyədən sonra qarışdırmanı
tamamlamamısınızsa, cihazı söndürün və davam etməzdən
əvvəl bir neçə saniyə gözləyin. Cihaz qızarsa, davam etməzdən
əvvəl cihazın bir neçə dəqiqə soyumasına imkan verin.
- Cihazı stabil, horizontal və düz səthdə yerləşdirin. Cihazın
istifadəsi zamanı isti buxar çıxdığından dolabların və ya digər
əşyaların zədələnməməsi üçün cihazın ətrafında kifayət qədər
boş yer olmasından əmin olun.
- Cihaz yerə düşübsə və ya hər hansı başqa şəkildə zədələnibsə,
ondan istifadə etməyin. Cihazı təmir üçün Philips-in rəsmi
xidmət mərkəzinə aparın.
- Cihazın zədələnməməsi üçün heç vaxt buxarda bişirmə üçün
qaba su, başqa maye və ya qarışdırılmış qida qoymayın.
- İnqrediyentləri buxarda bişirərkən qabı çox
doldurmadığınızdan əmin olun. Yaşıl ülgüc qurğusunun yuxarı
kənarının yeməklə örtülməməsindən əmin olun.
- Mayeləri qarışdırdığınız zaman qabda göstərilən maksimum
səviyyəni (450 ml) keçməyin.
- Azərbaycan 28 -

Hide quick links:

Advertisement

loading

This manual is also suitable for:

Avent scf870/20