Download Print this page

Vacib - Philips AVENT SCF883 Manual

Hide thumbs Also See for AVENT SCF883:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1

Vacib

Cihazdan istifadə etməzdən əvvəl bu təlimat kitabçasını diqqətlə oxuyun və onu gələcəkdə
istinad etmək üçün saxlayın.
Təhlükə
- Əsas qurğunu heç vaxt suya və ya başqa mayenin içinə
batırmayın. Kranın altında yumayın.
Xəbərdarlıq
- Cihazı qoşmamışdan əvvəl onun üzərində göstərilən
gərginliyin yerli şəbəkə gərginliyinə uyğun olub-olmadığını
yoxlayın.
- Ştepsel çəngəli, elektrik kabeli və ya cihazın özü zədələnibsə,
cihazdan istifadə etməyin. Elektrik kabeli zədələnibsə,
təhlükədən yayınmaq üçün onu Philips, Philips-in rəsmi xidmət
mərkəzi və ya oxşar ixtisaslaşmış şəxslər dəyişdirməlidir.
- Bu cihaz fiziki, hissiyyat və ya əqli qabiliyyətləri zəif olan və ya
cihazın istifadəsi ilə bağlı təcrübə və biliyi olmayan insanlar
tərəfindən o zaman istifadə oluna bilər ki, onlara cihazın
təhlükəsiz istifadəsinə dair təlimat verilib və ya təhlükəsiz
istifadəni təmin etmək üçün nəzarət altında olacaqlar, yaxud
əlaqədar təhlükələr barədə məlumatlandırılıblar.
- Uşaqlar cihazla (o cümlədən aksesuarlarla) oynamamalıdır.
- Bu cihaz uşaqlar tərəfindən istifadə edilməməlidir. Cihazı
və onun kabelini (o cümlədən aksesuarları) uşaqların əli
çatmayan yerdə saxlayın.
- Uşaqlar təmizlik və ya istifadəçi baxımını həyata
keçirməməlidir.
- Xüsusilə cihaz elektrik qidalanma mənbəyinə qoşulu olduqda,
ülgüclərə toxunmayın. Ülgüclər çox itidir.
- Qabı boşaldarkən və təmizləyərkən iti ülgüclərə diqqət yetirin.
- Əgər ülgüclər ilişərsə, ülgücləri tıxayan inqrediyentləri
çıxarmazdan əvvəl cihazı şəbəkədən ayırın.
- Azərbaycan 36 -

Advertisement

loading

This manual is also suitable for:

Avent scf885